Gəncədə kütləvi dava olub.
Hadisə şəhərin Müseyib Bağırov küçəsində olan ət dükanında baş verib. Dava zamanı 3 nəfər, Daşkəsən rayon sakinləri 1964-cü il təvəllüdlü Asiman Salehov, 1975-ci il təvəllüdlü Məhərrəm Qurbanzadə və Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Elzamin Xudiyev xəsarət alaraq Gəncə şəhər Təcili Tibi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlardan iki nəfərin vəziyyəti kafidir. M. Qurbanzadəyə isə tibbi yardım göstərilib və o ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır/apa.
***
Gəncə şəhərində kütləvi dava zamanı 4 nəfərə yaxın şəxs xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hələ ki, bilinməyən səbəbdən baş vermiş davada xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin orta-ağır və qənaətbəxş olduğu bildirilir.
Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.
***