ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçiriblər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçiriblər.