Bu gün Dünya Çempionatı çərçivəsində A qrupunda iki oyun keçirilir.
Mia.az xəbər verir ki, qrupda ev sahibi Rusiya Uruqvayla, Misir isə Səudiyyə Ərəbistanı üz-üzə gəliblər.
Rusiya Uruqvay oyununda 10-cu dəqiqədə Luis Suarez möhtəşəm cərimə zərbəsi ilə hesabı açıb - 0:1.
Bu qoldan 13 dəqiqə sonra isə Uruqvay daha bir qol vurub. Daha dəqiqi, Çereşevin avtoqolu ilə fərq artıb - 0:2.
Oyunun 36-cı dəqiqəsində isə Rusiya yığması meydanda 10 nəfər qalıb. Belə ki, Smolnikov ikinci sarı kart alaraq, meydandan qovulub.
89-cu dəqiqədə isə Uraqvayın ulduzu Kavani 3-cü qolu rusların qapısından keçirib - 3:0
Oyun bu hesabla başa çatdı vı Uraqvay qrupun lideri oldu.
***
Misirlə Ərəbistanın qarşılaşmasında isə hesabı ilk olaraq Misir açıb.
Belə ki, Məhəmməd Salah 22-ci dəqiqədə hesabı açıb. Lakin birinci hissəyə əlavə edilmiş 6-cı dəqiqədə Əl-Faraj penalti zərbəsi ilə hesaba tarazlıq gətitrib - 1-1.
Oyunun əsas vaxtına əlavə eidlmiş son dəqiqədə isə Ərəbistan fərqi artırıb - 1-2.
Oyun bu hesabla bitib.
Onu da qeyd edək ki, bu gecə Bakı vaxtı ilə saat 22.00-da B qrupunda isə İspaniya-Mərakeş və Portuqaliya-İran milliləri üz-üzə gələcəklər.