Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar bayram tədbirlərində "Solo Türk” və "Türk ulduzları” qrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçiriləcək.

Müdafiə Nazirliyindən Mia.az-a  verilən məlumata görə, avia-şounu iyunun 26-da, hərbi paraddan sonra saat 12.30-da Dənizkənarı Milli Park ərazisindən izləmək mümkün olacaq.

Məlumatda o da bildirilib ki, Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk Ulduzları” aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri ölkəmizə gəlib.