Dünya çempionatında E qrupunda 2-ci turun son oyunu keçirilib.
Mia.az xəbər verir ki, bu qrupda Serbiya ilə İsveçrə milliləri qarşılaşıb.
Oyunun 10-cu dəqiqədə Serbiyanın "Beşiktaş"lı hücumçusu Mitroviç hesabı açıb: 1-0.
İsveçrə isə bu qolun əvəzini ikinci hissədə çıxmağı bacarıb. Belə ki, Xaka matçın 52-ci dəqiqəsində İsveçrənin bərabərlik qolunu vurub - 1:1.
Oyunun 89-cı dəqiqəsində İsveçrəli Şakiri əks hücumla qapıçı ilə təkbətək çıxdı və dəqiq zərbə ilə komandasını önə çıxarıdı - 1:2
Hakimin oyunun əsas vaxtına əlavə etdiyi 4 dəqiqədə də hesab dəyişməyib- 1:2.
Bu oyundan sonra qrupda Brazilya 4, İsveçrə 4, Serbiya 3, Kosta-Rika isə xalsızdır.
Növbəti turda Brazilya Serbiya ilə, İsveçrə isə Kosta-Rika ilə qarşılaşacaq.