Oktyabrın 11-də futbol üzrə Türkiyə və Azərbaycan milli komandaları arasında keçirilmiş 2012-ci il Avropa çempionatının seçmə qrup matçını ?Palmali? Şirkətlər Qrupunun prezidenti və ?Xəzər Lənkəran? klubunun sahibi Mübariz Mənsimov da izləyib. Qol.Az-ın məlumatına görə, Mənsimov oyuna AFFA prezidenti Rövnəq Abdullayev və dostları ilə birgə tamaşa edib. Qarşılaşmanın ardından o, stadionun çıxışında azərbaycanlı azarkeşlərlə görüşüb. Qeyd edək ki, Türkiyə - Azərbaycan matçı meydan sahiblərinin qələbəsi ilə nəticələnib ? 1:0.