Bu gün futbol üzrə Dünya Çempionatının növbəti turunun oyunlarına start verilib.
Mia.az bildirir ki, H qrupu çərçivəsində Saranaskın "Mordoviya” stadionunda Kolumbiya yığması Yaponiyanı qəbul edib.
Oyunun 3-cü dəqiqəsində Kolumbiya yığmasının müdafiəçisi Sançez kobud oyuna görə meydandan qovulub. Hakimin təyin etdiyi penaltini isə Yaponiya yığmasının hücumçusu Kaqava dəqiq yerinə yetirib - 0:1.
Oyunun 39-cu dəqiqəsində Qintero cərimə zərbəsi ilə hesabı bərabərləşdirib - 1:1.
Lakin Yaponiya Osakonun 73-cü dəqiqədə vurduğu qolla yenidən önə çıxıb - 1-2.
Hakimin oyunun əsas vaxtına əlavə etdiyi 5 dəqiqə ərzində də oyunda hesab dəyişməyib.
Beləliklə, oyun 2-1 Yaponiya millisinin xeyrinə bitib.
Qrupun digər oyununda Polşa Seneqal yığması ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Saat 22:00-da isə ev sahibi Rusiya ilk görüşdə Uruqvay millisinə minimal hesabla məğlub olan Misir yığmasını qəbul edəcək.