Bu gün İsveçrənın Nyon şəhərində UEFA Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilib.

Mia.az bildirir ki, püşkatma nəticəsində Azərbaycanı mötəbər liqada təmsil edəcək "Qarabağ"ın rəqibi Sloveniyanın "Olimpiya Lyublyana" klubu olub.

"Qarabağ" ilk oyununu səfərdə  iyulun 10-11-i, cavab qarşılaşmaları isə 17-18-də keçirəcək.