Bu gün DÇ-2018-də B qrupunda İran millisi Mərakeş yığması ilə qarşılaşıb.
Mia.az xəbər verir ki, Sankt-Peterburqun eyniadlı stadionunda keçirilən görüş 1:0 hesabı ilə iranlıların xeyrinə başa çatıb.
Oyundakı yeganə qol 90+5-ci dəqiqədə Əziz Buhadduzun avtoqolu olub.
Onu da qeyd edək ki, A qrupunda Misir Uruqvaya 90-cı dəqiqədə vurulan qolla uduzub - 0:1
Bu gün son oyunda isə Portuqaliya millisi İspaniya yığması ilə qarşılaşıb. Oyunda Ronaldu 4-cü dəqiqədə hesabı açıb. Koşta isə 24-cü dəqiqədə bərabərliyi təmin edib.
43-cü dəqiqədə Ronaldu ispanları növbəti dəfə cəzalandırıb - 2:1
55-ci dəqiqədə Koşta növbəti dəfə hesaba tarazlıq gətirib - 2:2
58-ci dəqiqədə isə ispanlar daha bir qol vurublar - 3:2
88-ci dəqiqədə Ronaldu ispanları növbəti dəfə cəzalandırıb - 3:3
Oyun bu hesabla bitib.