Yığmamız seçmə mərhələni məğlubiyyətlə baza vurdu
Bu gün futbol üzrə Azərbaycan milli komandası Avro-2012-in seçmə mərhələsində son oyununa çıxdı. Milli komandamız Türkiyə yığmasının qonağı oldu. Matç "Qalatasaray"ın ev oyunlarını keçirdiyi "Türk Telekom Arena"da baş tutdu. Birinci hissəni yaxşı oynayan Azərbaycan millisi Türkiyə yığmasının qarşısında tab gətirə bildi. Beləliklə, oyunun ilk hissəsi qolsuz bərabərliklə bitdi: 0:0
İkinci hissədə vəziyyət dəyişdi. Oyunun ilk dəqiqələrindən qardaş komandanın oyunçuları üstünlüyü ələ ala bildilər. Matçın 60-cı dəqiqəsində Səlcuk İnan Burak Yılmaza uzun ötürmə verdi və sonuncu bu şansı lazımınca dəyərləndirdi: 1:0
Bundan sonra da oyun Türkiyə yığmasının üstünlüyü ilə davam edib. Lakin oyunda daha qol vurulmadı. Nəticədə Türkiyə yığması Avropa Çempionatının pley-off mərhələsinə vəsiqə qazandı.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11