Teymur Məmmədov London Olimpiadasına lisenziya qazandı
Bakıda boks üzrə lisenziya xarakterli XVI dünya çempionatı davam edir. Dünya çempionatında 91 kq-da mübarizə aparan Azərbaycan boksçusu Teymur Məmmədov Kuba idmançısı Joze Lardyet ilə görüşüb.
Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 24:20 hesabı ilə T.Məmmədovun xeyrinə başa çatıb. Boksçumuz yarımfinala yüksəlməklə yanaşı, London Yay Olimpiya Oyunlarına vəsiqəni də təmin edib.
Qeyd edək ki, Teymur Məmmədov lisenziya qazanan 4-cü boksçumuz olub. Bundan əvvəl Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq) və Soltan Migitinov (75 kq) Olimpiya Oyunlarına lisenziya qazanıblar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11