Sentyabrın 21-də FİFA-nın reytinq cədvəli açıqlanmış və Azərbaycan milli komandası 14 pillə irəliləyərək 359 xalla 98-ci pillədə qərarlaşmışdı. Lakin FİFA-nın saytında millimizin reytinq cədvəlindəki mövqeyi ilə bağlı növbəti yenilənmə aparılıb. ?Qafqazinfo?nun AFFA-ya istinadən verdiyi xəbərə görə, hazırkı göstəricilərə əsasən Azərbaycan milli komandası daha 1 pillə irəliləyərək 97-ci yerdə qərarlaşıb. Bir daha xatırladırıq ki, növbəti reytinq cədvəli oktyabrın 19-da açıqlanacaq.