17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunmuş IX qrupunda ikinci tura yekun vurulub. Bosniya və Herseqovina - Ukrayna (3:1) oyunundan sonra Azərbaycan və İspaniya milliləri meydana çıxıb. "Dalğa Arena"da keçirilən oyunda millimiz biabırçı hesabla uduzub. İlk turda Ukraynaya yenilən (0:3) Sissi Raytın komandası bu dəfə qapısında 7 cavabsız qol görüb. Azərbaycan - İspaniya 0:7 Qollar: Soniya Frayle, 9; 60. Blanko Rubio, 30. Ana Lopes, 45. Alba Pomares, 52. Qabriela Morales, 55. Monika Orteu, 74.