Bu gün yeni dərs ili bazlayır
Bu gün Azərbaycanda 2011-2012-ci tədris ili başlayır. Bu tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I sinfinə 124 min 274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 33 min 464 şagirdin qəbulu gözlənilir.
Qeyd edək ki, 2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində isə 118947 nəfər təşkil edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-06 18:04
2026-04-03 12:28
2026-04-02 10:00
2026-04-01 10:12
2026-03-31 17:28
2026-03-31 15:04