Hakan Şükür yığma komandamızı təriflədi
Futbol üzrə Türkiyə yığmasının sabiq forvardı Hakan Şükür "ay-ulduzlular"ın AÇ-2012-nin final mərhələsinə çıxmaq şanslarını dəyərləndirib. "Galatasaray"ın keçmiş hücumçusu bu haqda danışarkən seçmə mərhələ çərçivəsində Azərbaycanla oyuna da toxunub: "Ən yaxşı ikincilik adını qazanmağımız yolunda Azərbaycanın Qazaxıstan üzərində qələbə qazanması yaxşı olmadı. Qazaxıstan hesabda öndə olarkən xeyli ümidlənmişdik. Biz Hiddinkin də dediyi kimi, bir az çətini sevirik. Sonda isə daha güclü oluruq. Hollandiyalı bu mənada haqlıdır. Biz də zaman-zaman bunu yaşadıq. Məqsədimiz Avropa Çempionatına getməkdi. İnşallah bizi sevindirəcək nəticələri Azərbaycan və Almaniya matçlarında alarıq. Hər iki matç heç də asan keçməyəcək. Azərbaycanın çox yaxşı komandası var. Çox yaxşı mübarizə aparırlar. Bura da maddi olaraq onlar üçün çox yaxşı bir bazardır. Bizim üçün milli komandamız çox önəmlidir. Nələr olacağını inşallah görərik".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11