"Mətbuatdan qaçmıram. Sadəcə uzaqlaşmışam". Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov deyib. "Volqa" klubunun futbolçusu daha sonra bunları bildirib: "Başım futbola qarışdığı üçün mətbuata vaxt ayıra bilmirəm. "Volqa"dakı çıxışlarıma gəldikdə isə oyunlarımı televiziya vasitəsilə izləyirsiniz. Özünüz də qiymət verə bilərsiniz".