İspaniyanın ?Barselona? klubu UEFA Superkubokunun sahibi olub. Avqustun 26-da keçirilən oyunda ?Barselona? Portuqaliyanın ?Portu? klubunu 2:0 hesabı ilə məğlub edib. İlk qolu oyunun 39-cu dəqiqəsində Lionel Messi vurub. Seska Fabreqas isə 88-ci dəqiqədə ?Portu?nu məyus edib. Bu, ?Barselona?nın qazandığı dördüncü Superkubokdur.