Rəzad Sadiqovun milliyə çağırılmamasının səbəbi bəlli oldu
"Qarabağ" klubunun kapitanı Rəşad Sadiqov bir həftə yaşıl meydanlardan kənar qalacaq. Bu barədə Qol.Az-ın müxbiri ilə söhbətində futbolçunun özü məlumat veriib. Onun sözlərinə görə, Avroliqanın III təsnifat mərhələsində "Brügge" ilə Bakıdakı cavab görüşündə futbolçunun dizinə qan sızıb və ayaq bağları əzəlib.
Məhz buna görə də, Sadiqov Azərbaycan milli komandasının təlim-məşq toplanışı və Makedoniya ilə sabah keçiriləcək yoldaşlıq görüşünə dəvət almayıb.
Sadiqov eyni zamanda Premyer Liqanın 2-ci turunda "İnter"lə keçiriləcək oyunu da buraxmalı olacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11