Şahmatçılarımız üstünlüyü sonadək qoruya bilməyib
Bu gün Çinin Ninbo şəhərində şahmat üzrə dünya çempionatında 8-ci tura yekun vurulub. ANS PRESS-in Rusiya Şahmat Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan yığma komandası bu tur çərçivəsində Ermənistan kollektivi ilə üz-üzə gəlib.
Görüş gərgin idman mübarizəsi şəraitində keçib. Əvvəlcə Teymur Rəcəbovla Levon Aronyan üz-üzə gəlib. Şahmatçılar bu görüşdə xalları yarı bölməyə üstünlük veriblər ? 0,5:0,5. Vüqar Həşimov Sergey Movsesyanla heç-heçə oynayıb. Şəhriyar Məmmədyarov isə Qabriel Sarkisyan üzərində qələbə qazanıb.
Partiyanın həlledici görüşündə isə Rauf Məmmədov Vladimir Akopyanla münasibətlərinə aydınlıq gətirib. Rauf Məmmədovun heç-heçəsi yığmamıza ümumi hesabda qələbə qazandıracaqdı. Ancaq Rauf Məmmədov etimadı doğrultmayaraq 72-ci gedişdə rəqibinə məğlub olub. Yekunda isə ümumi hesab 2:2 olub.
Xatırladaq ki, bu turadək yığmamız 10 komanda arasında 7-ci yerdə qərarlaşmışdı. Ermənistan isə turnir cədvəlinə liderlik edirdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11