AZAL klubunun baş məşqçisi Nazim Süleymanov istefa verib. Apasport.az saytının xəbərinə görə, buna ?təyyarəçilərin? ?Minsk?lə Avropa Liqası oyunlarında göstərdiyi uğursuz çıxış səbəb olub. Bir həftə öncə Bakıda Belarus təmsilçisi ilə 1:1 hesablı bərabərliyə qalan AZAL iyulun 7-də Minskdə baş tutan cavab oyununda uduzub ? 1:2. Avropa Liqasında çıxışını dayandırdıqdan sonra Süleymanov postundan ayrılmaq qərarına gəlib. ?Minsk?lə oyundan sonra qərarını açıqlayan təcrübəli çalışdırıcının istefasının qəbul olunub-olunmayacağı yaxın günlərdə bəlli olacaq.