Avstriyada təlim-məşq toplanışında olan ?Xəzər Lənkəran?ın düşərgəsinə daha iki futbolçu qoşulub. Qol.Az-ın məlumatına görə, hər iki oyunçu braziliyalıdır. Futbolçuların Çempionlar Liqasında çıxış etdikləri söylənilir. Onların kimliyi ilə bağlı hələlik başqa məlumat yoxdur. Qeyd edək ki, braziliyalı futbolçularla sabah rəsmi müqavilə imzalanacaq. Adları da məhz anlaşma imzalandıqdan sonra ictimaiyyətə bildiriləcək.