20 iyun 2011-ci ildə Azərbaycan Peşakar Boks Federasiyası Şurasının İclası keçirilib. Şurada peşakar boksun inkişafı ilə bağlı çıxışlar dinlənilmiş, ARPBFnın gələn il keçiriləcək 8-ci qurultaylna hazırlıq işləri ilə bağlı məslələr müzakirə edilmişdir. Şura təşkilat məsələsinə baxılıb. Yazıçı, tanınmış ictimai xadim Arif İbrahim oğlu İbrahimov Azərbaycan Peşakar Boks Federasiyasının Prezidenti seçilib. Qeyd edək ki, Arif İbrahimov Ədəbiyyat Fondunun keçmiş prezidenti idi. O, hazırda Gürcüstanda yaşayır və ?Ceo-Turan? Mədəni-İqtisadi Əlaqələr Fondunun həm təsisçisi, həm sədridir.