Türkiyənin ?Qalatasaray? klubundan kənarlaşdırılan futbolçuların sayı 5-ə çatıb. Lent.az-ın məlumatına görə, bu barədə klub rəsmisi Bülənd Tulun açıqlama verib. O bildirib ki, 2010-2011-ci il mövsümü başa çatdıqdan sonra qapıçı Robinson Zapata, müdafiəçilər Lukas Neyl və Emiliano İnsua, yarımmüdafiəçilər Harri Kyuell və Barış Özbək komandadan kənarlaşdırılıb. Qeyd edək ki, Robinson Zapatanın ?Neftçi?yə keçəcəyi gözlənilir.