Türkiyənin ?Qalatasaray? klubunun baş məşqçi postu yenidən Fatih Terimə həvalə olunub. ?NTV Spor?a klubun yeni prezidenti Ünal Aysal açıqlama verib. O bildirib ki, anlaşma ?Qalatasaray?ın yarandığı 1905-ci ilə uyğun olaraq 19 mayda (19.05) yerli vaxtla saat 19:05-də əldə edilib. Aysal razılaşmanın detalları barədə danışmaqdan imtina edib. Qeyd edək ki, Fatih Terim baş məşqçi qismində ?Qalatasaray?da üçüncü dəfə fəaliyyət göstərəcək. Daha öncə Terim ?sarı-qırmızılar?da 1996 - 2000 və 2002 - 2004-cü illərdə də bu postu tutub.