Almaniyanın ?Borussia? (Dortmund) klubunun idman direktoru Hans Yoahim Vatzke Türkiyə yığmasının da şərəfini qoruyan futbolçuları Nuri Şahinin qiymətinin 20 milyondan aşağı olmadığını bildirib. Azerisport.az xəbər verir ki, o, komandanın 22 yaşlı yarımmüdafiəçisinin İspaniyanın ?Real? klubuna transferini də dəyərləndirib: ?Nurinin 6 milyon avroya satılmasının mümkünlüyünü iddia edənlər yanılırlar. Onunla müqaviləmizin müddəti hələ 2013-cü ilə qədərdi. Biz o klublardan deyilik ki, öz liderimizlə yollarımızı ayırmaq istəyək. Amma bizə layiqli təklif gəlsə, ona baxa bilərik. Nuri Şahinə görə ən azı 20 milyon avro qazanmaq istərdik?.