Bu gün Azərbaycan Premyer Liqasının fevral və mart ayları üçün ən yaxşı futbolçularının adları açıqlanıb. "Uniplaza"da baş tutan mərasimdə fevral ayının ən yaxşısı "Qarabağ"ın hücumçusu Rauf Əliyev, mart ayının ən yaxşısı isə "Neftçi" klubunun braziliyalı yarımmüdafiəçisi Flavinyo seçilib. Unibank tərəfindən keçirilən sorğuda hər iki oyunçu futbol mütəxəssisləri və jurnalistlərdən ən çox səs alaraq birinci olublar. Onların hər birinə 1111 manat pul mükafatı veriləcək.