Dubayda Azərbaycanın beş nümayəndəsinin də iştirak etdiyi ənənəvi open-turnir keçirilir. İki turdan sonra 26 şahmatçı hərəyə iki xal toplayıb. Azərbaycan şahmatçılarından Nicat Məmmədov və Sərxan Quliyev qələbə qazanmışlar. Orxan Əbdülov, Qədir Hüseynov və Loğman Quliyev görüşlərini heç-heçə başa vurublar. Turnirin üçüncü turunda Sərxan Quliyev ? Zaven Andriasyan (Ermənistan), Nicat Məmmədov ? Upadhaya Anveş (Hindistan), Loğman Quliyev ? Vahap Sanal (Türkiyə), Qədir Hüseynov ? Ovik Hayrapetyan (Ermənistan), Orxan Əbdülov ? David Arutinyan (Gürcüstan) qarşılaşmaları olacaq. Mükafat fondu 45 min dollar olan turnirdə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Özbəkistan, Fələstin, Qətər, İran, Hindistan, Sinqapur, Malayziya, Çin, Banqladeş, Böyük Britaniya, Misir və Ermənistandan 146 şahmatçı iştirak edir. Turnir aprelin 19-da başa çatacaq.