FiFA nümayəndələri Bakıda səfərdədirlər
2012-ci ildə Azərbaycanda keçiriləcək futbol üzrə 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatına hazırlıqla bağlı FİFA nümayəndələri Neriko Digs və Metyu Hardinq Bakıda səfərdədirlər.
AzərTAc xəbər verir ki, aprelin 5-də AFFA-nın inzibati binasında U-17 qızlar arasında dünya çempionatının yerli Təşkilat Komitəsi ilə FİFA nümayəndələri arasında görüş keçirilmişdir. Təşkilat Komitəsinin sədri Elxan Məmmədov dünya çempionatına hazırlıqla bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Aprelin 8-dək davam edəcək səfər proqramı çərçivəsində beynəlxalq futbol qurumunun nümayəndələri ölkəmizdəki otellərin vəziyyəti, otellər arasındakı məsafə, həmçinin yollar barədə məlumat toplayacaqlar.
Bununla əlaqədar onlar ölkəmizdəki otellərə baxış keçirəcəklər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11