Bu AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın məlumatına görə, yığıncaqda aşağıdakı qərarlar qəbul edilib. Premyer Liqanın 24-cü turunun ?Muğan? ? ?Qəbələ? matçında ?Qəbələ? klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində ?Qəbələ? klubunun 3 nömrəli futbolçusu Nodar Məmmədov aqressiv oyuna görə (başla rəqibə zarbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4 min manat cərimə olunub. Premyer Liqanın 24-cü turunun ?Xəzər-Lənkəran? ? ?Neftçi? matçında ?Xəzər-Lənkəran? klubunun 4, ?Neftçi? klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub min manat cərimə olunub. Oyunun 22-ci dəqiqəsində ?Xəzər-Lənkəran? klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2 min manat cərimə olunub. Premyer Liqanın 24-cü turunun ?Qarabağ? ? AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub. Premyer Liqanın 24-cü turunun ?Gəncə? ? ?Simurq? oyununun 87-ci dəqiqəsində ?Gəncə? klubunun 10 nömrəli futbolçusu Ceyhun Sultanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 2 yüz manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində ?Gəncə? klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçünm klub 2 min manat cərimə olunub.