Türkiyə süper liqasında dünən keçirilən derbi oyununu ?Fənərbaxça? qazandı. ?Qalatasaray?la səfərdə qarşılaşan lider ?Fənər? ilk yarıda sabiq oyunçusu Kolin Kazımın 14-cü dəqiqədə vurduğu qola geri düşsə də, ikinci hissənin 75-ci dəqiqəsində Semihin başla zərbəsi ilə hesaba tarazlıq gətirə bilib. Dəqiqələr 88-i göstərdikdə isə Aleks sözünü deyib. Onun mükəmməl baş zərbəsinin qarşısında ?Qalatasaray?ın ?əlcək? sahibi Zapata aciz qalıb ? 1:2. Bu qələbədən sonra ?Fənər? 60 xalla 1-ci, ?Qalatarsaray? isə 33 xalla 11-ci yerdə qərarlaşıb.