FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Məlumata görə, milli komandamız ötən ayla müqayisədə bir pillə geriləyib. Hazırda millimiz 100-cü pilləni tutur. Komandamızın aktivində 320 xal var. Komandamızın AVRO-2012-nin seçmə qrup mərhələsindəki rəqibləri - Almaniya 3-cü , Türkiyə 32-ci, Avstriya 61-ci, Belçika 62-ci, Qazaxıstan isə 132-ci pillədə yer alıb. FİFA-nın reytinq siyahısındakı ilk ?onluq?da yer almış komandaları nəzərinizə çatdırırıq: İspaniya, Hollandiya, Almaniya, Argentina, Braziliya, İngiltərə, Uruqvay, Xorvatiya, Portuqaliya və Yunanıstan. Qeyd edək ki, FİFA növbətini reytinq siyahısını aprelin 13-də açıqlayacaq.