Bu gündən etibarən AFFA-nın yeni ? affatv.az layihəsinin tətbiqinə başlanılıb. Bu layihə sayəsində milli komandaların ölkə daxilində və xaricdə keçirilən oyunlarını, AFFA-nın təşkil etdiyi müxtəlif tədbirləri canlı izləmək mümkün olacaq. Bundan əlavə, Azərbaycan futbolunun tarixini, 2012-ci ildə ölkəmizdə təşkil olunacaq 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatına hazırlıq işlərini əks etdirən videomateriallar affatv.az-da yerləşdiriləcək. affatv.az-ın təqdimatı İcraiyyə Komitəsinin bugünkü iclasında keçirilib. İcraiyyə Komitəsinin üzvləri affatv.az vasitəsilə AFFA-nın XVIII növbəti Konfransında nümayəndələrin qeydiyyat prosesini canlı izləyiblər.