İran İslam Respublikasının Məşhəd şəhərində ?Fəcr? 19-cu beynəlxalq şahmat turniri davam edir. Turnirdə 15 ölkədən 247 şahmatçı iştirak edir. Yarışlar İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Məşhəddə 3 turdan sonra 24 şahmatçı, o cümlədən Azərbaycan qrossmeysterləri Qədir Hüseynov və Nicat Məmmədov, beynəlxalq dərəcəli usta Loğman Quliyev hərəyə 3 xal toplayıblar. Qeyd edək ki, turnir martın 7-dək davam edəcək