Futbol üzrə yığma komandamız növbəti yoldaşlıq görüşünə hazırlaşır. Komandamız fevralın 9-da Macarıstan millisinə qarşı görüş keçirəcək. Millimiz üzvləri oyunun keçiriləcəyi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təlim-məşq toplanışlarını davam etdirir. Artıq komandamızın legionerləri də yığmanın düşərgəsinə yollanıb. İlk olaraq Rusiyanın ?Anji? klubunun şərəfini qoruduğu Mahir Şükürov BƏƏ-yə yığmanın düşərgəsinə gedib. Bundan sonra isə digər legioner futbolçumuz, Türkiyənin ?Eskişehirspor? klubunun üzvü Rəşad Sadıqov gəlib. Xatırladaq ki, Azərbaycan ? Macarıstan yoldaşlıq görüşü fevralın 9-da Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.