"Xəzər Lənkəran"ın Respublika stadionundakı gerbini yenə cırdılar Fevralın 13-də "Neftçi" ilə Bakıda keçirəcəyi oyun öncəsi "Xəzər Lənkəran" azarkeşləri xoşagəlməz olayla üzləşiblər. Lənkəran komandası fanatlarının Qol.Az-a verdikləri xəbərə görə, kimsə Tofiq Bəhramov adına Respublika stadionunun girişindəki reklam lövhəsindən "Xəzər Lənkəran" gerbini cırıb. Gerb iki-üç yerə doğranıb. Eyni hal bir neçə ay öncə elə həmin məkanda baş verib. "Xəzər Lənkəran" azarkeşləri belə hallara kəskin etirazlarını bildiriblər. Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşması elə Respublika stadionunda keçiriləcək.