Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə ?Qran Pri? turniri keçiriləcək. ANS PRESS-in ?Judoonline.info? saytına istinadən verdiyi məlumata görə, yarış fevralın 19-dan 20-dək keçiriləcək. İki gün davam edəcək yarışıda milli yığma komandanın baş məşqçisi Ağayar Axundzadə, məşqçi İbadulla Şahbanovun rəhbərliyi altında ölkəmizin idman şərəfini ümumilikdə 9 cüdoçu - İlqar Müşkiyev (- 60 kq), Tərlan Kərimov (- 66 kq), Renat Mirzəliyev (- 73 kq), Elnur Məmmədli (- 81 kq), Ramin Qurbanov (- 90 kq), Elmar Qasımov (- 100 kq), Emil Tahirov (+100 kq), Kifayət Qasımova (- 57 kq) və Ramilə Yusubova (- 63 kq) qoruyacaq. Qeyd edək ki, ?Qran Pri? turniri 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandırır.