Azərbaycanın "inter" komandası Birlik kubokunda 1/4 finala çıxıb
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ?Birlik kuboku?nda çıxış edən futbol üzrə Azərbaycan çempionu ?İnter? qrup mərhələsini birinci yerdə başa vurub.
Qrup mərhələsinin sonuncu oyunu bu gün keçirilib. ?İnter Moldovanın ?İskra-Stal? komandası ilə qarşılaşıb. 80-ci dəqiqədə Rövşən Əmiraslanovun vurduğu qolla ?İnter? 1:0 hesabı ilə qələbə qazanıb.
Azərbaycan çempionu qrupda keçirdiyi ilk iki oyunda Qırğızıstanın ?Neftçi? və Tacikistanın ?İstiqlal? klublarına da 3:0 hesabı ilə qalib gəlmişdi.
Bu günkü qələbə ilə ?İnter? maksimum xal toplamaqla 1/4 final mərhələsinə vəsiqə qazanıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11