Voleybolçu qızlarımız Avstriyadan qələbə ilə dönürlər
Voleybolçu qadınlardan ibarət ?Lokomotiv? klubu Çelenc kuboku uğrunda yarışın 1/16 final mərhələsi çərçivəsində ilk oyununu keçirib. Aleksandr Çervyakovun yetirmələri səfərdə Avstriyanın ?Lins Steq? klubu ilə qarşılaşıb.
İlk dəqiqələrdən oyuna aktiv başlıyan komandamız birinci seti 10 xal fərqiylə - 25:15 hesabı ilə irəlidə bitirib. ?Dəmiryolçular? ikinci setdə də rəqibə göz açmağa imkan verməyiblər. Bu dəfə ?Loko? seti 25:11 hesablı qələbə ilə başa vurub. Üçüncü set isə görüşdə həlledici olub.
Voleybolçularımız bu dəfə 25:18 hesablı qələbəyə seviniblər. Beləliklə ?Lins Steq? doğma meydanda keçirdiyi qarşılaşmada ?Lokomotiv?ə 0:3 hesabı ilə məğlub olub. Qeyd edək ki, bu komandalar arasında cavab matçı bir həftədən sonra Bakıda keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11