Unibank Premyer Liqasında daha bir futbolçunun ayağı sındırılıb. Qol.Az-ın məlumatına görə, ?Simurq? - ?Gəncə? oyununda qonaqların yarümmüdafiəçisi Ramal Hüseynovla toqquşandan sonra meydan sahiblərinin kapitanı Rasim Ramaldanovun ayağı qırılıb. Ağrılar içində olan futbolçu birbaşa xəstəxanaya aparılıb. Ramaldanovun bir müddət yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Qeyd edək ki, bundan əvvəlki 13-cü turun oyununda, ?Muğan?la qarşılaşmada ?Neftçi?nin futbolçusu Flavinyonun da ayağı sındırılıb. Braziliyalı futbolçunun Ən azı üç ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.