Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Sambo üzrə Dünya çempionatına yekun vurulub. Azərbaycan Sambo Federasiyasından ?Qafqazinfo?ya verilən məlumata görə yığmamız yarışa 7 idmançı ilə qatılıb. Onlardan yalnız beşi medal qazanmağa nail olub. Belə ki, komandamıza sonuncu medalı Bəxtiyar Abbasov qazandırıb. Sözügedən idmançımız mundialda fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Digər idmançılarımız yarışı 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Bu nəticəyə əsasən yığmamız komandalar arasında 4-cü yeri tutub.