Zeynal Məmmədov: ?Vəziyyət çox acınacaqlıdır?
"Hazırda komandamızda vəziyyət çox acınacaqlıdır?. Qol.Az-ın məlumatına görə, bu sözləri ?Bakı? klubunun vitse-prezidenti səlahiyyətlərini icra edən Zeynal Məmmədov söyləyib.
Komandalarının Unibank Premyer Liqasındaki uğursuz çıxışlarına toxunan Z.Məmmədov futbolçulara hər bir şəraitin yaradıldığını deyib: ?Hazırda klubumuzun prezidenti Hafiz Məmmədov ölkə xaricindədir. Geri qayıtdıqdan sonra futbolçularla və baş məşqçi ilə görüşəcək".
Vitse-prezident alman mütəxəssis Vinfrid Şeferin baş məşqçi vəzifəsində qalıb-qalmayacağına da aydınlıq gətirib: "Bu haqda qərarı yalnız klub prezidenti verir. Baş məşqçi bu uğursuzluqdan çox təsirlənib və özünü günahkar sayır."
Qeyd edək ki, klub rəhbərliyinin alman məşqçiyə 2 oyun da şans verəcəyi gözlənilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11