Xırdalan şəhərinin bir hissəsində və Masazır qəsəbəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq. 

Bu barədə Mia.az-a "Azərişıq" ASC-dən məlumat verilib. 

Buna səbəb iyunun 8-dən 9-na keçən gecə saat 01:30-dan 02:00-dək Masazır qəsəbəsində yerləşən Əliağa Vahid yarımstansiyasında təftişin həyata keçirilməsidir.