Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin iki əməkdaşının rüşvət aldıqlarına görə işdən çıxarıb. 

Mia.az Elchi.az-a istinadən bildirir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Emil Allahverdiyev və Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Elşən Tağıyevin "As İnşaat-N” MMC tikinti şirkətindən rüşvət aldıqları barədə nazirə məlumat daxil olub. 

Bundan sonra nazir Sahil Babayev də hər iki əməkdaşı vəzifədən uzaqlaşdırıb. 

Məlumatı verən mənbə "As İnşaat-N” MMC-nin yüksəkvəzifəli şəxsə bağlı olduğunu deyib.