Bakıda kafedə partlayış nəticəsində ağır yanıq xəsarətləri alan şəxslərin vəziyyəti olduqca ağırdır. Bu barədə "Report”a Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.
O bildirib ki, 44 yaşlı Natiq İbrahimov və 53 yaşlı Şəkər İbrahimova bütün bədən sətlərinin yanığı diaqnozu ilə şöbəyə gətirilib: "Onlar III və IV dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar hazırda reanimasiyadadırlar. Xəstələrin yaraları infuziya edilərək sarğı olunub, sistem qoşulub və bütün qabaqlayıcı tədbirlər görülüb. Lakin buna baxmayaraq hər iki yaralının vəziyyəti çox ağırdır. Bədən səthlərinin demək olar ki, 100 faiz hissəsi və tənəffüs yolları yanıb”.
Ölən şəxslərin meyitləri tanınmaz haldadır. Xəsarət alanların sayı barədə məlumat dəqiqləşdirilir/report.
***
"Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbaut xidmətinin rəhbəri İbrahim Kərbalayev məsələ ilə bağlı Modern.az-a açıqlama verib. İ.Kərbalayev bildirib ki, hadisənin qaz sızmasından baş verməsi məlumatı həqiqəti əks etdirmir: "Orada təbii qaz xətti yoxdur. Ərazidə təbii qazdan partlayış baş verməyib”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb. Ölənlərdən biri qadın, biri kişidir. Daha iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
.jpg)

