2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxan və geri qayıtmayan alpinistlərin meyiti ailələrinə təhvil verilib.
Bu barədə Modern.az-a həlak olmuş alpinist Fəridə Cəbrayılzadənin anası Əsmayə Cəbrayılova məlumat verib.
Qəhərdən danışmaqda çətinlik çəkən Ə.Cəbrayılova bildirib ki, qızı Masallıda dəfn olunacaq:
"Hazırda yol üstəyik, balamı dəfn etməyə gedirik. Evimiz Bakıdadır, amma qohumlar ordadır deyə, Masallıya aparırıq”.
Anası qeyd edib ki, 27 yaşlı Fəridə evin tək övladı olmayıb, bacısı və qardaşı var.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Modern.az-a bildirib ki, Namin Bünyatzadənin cənazəsiŞəmkirrayonuna aparılıb: "Babur Hüseynovun nəşi də bu saatlarda ailəsinə təhvil verilib”.
Qeyd edək ki, "Gilavar"Havavə Ekstrim İdman Klubunun üzvləriCəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.