Təhsil naziri Ceyhun Bayramov mayın 21-də saat 11.00-da Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək.
Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar mayın 14-dən 17-dək bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytında "Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.