"Bakı Marafonu - 2018"in qadın qalibi də müəyyənləşib.
Qadınlar arasında birinci yeri türkiyəli Fatimə Çelik tutub.
O, 1 saat 17 dəqiqə 55 saniyə göstərici ilə finişə birinci çatıb. Ukraynalı Valentina Paltovska ikinci, rusiyalı Anastasiya Petrova üçüncü olub.
"Bakı Marafonu - 2018"in kişi qalibi isə ukraynalı İqor Olifirenko olub.
O, 1 saat 5 dəqiqə 46 saniyə göstərici ilə 21 km məsafəni hamıdan tez qət edib. İranlı Məhəmməd Cəfər Muradi 1 saat 8 dəqiqə 8 saniyə göstərici ilə ikinci, türkiyəli Ömər Alkanoğlu isə 1 saat 11 dəqiqə 19 saniyə göstərici ilə üçüncü olub/Report.