Parisin 2-ci dairəsində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib.

Mia.az "RİA Novosti”yə istinadən xəbər verir ki, insident nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Məlumata görə, yaralananlardan iki nəfərin vəziyyəti ağırdır.

Silahlı şəxs polis əməkdaşları tərəfindən məhv edilib.