Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Mia.az AFFA-ya istinadən bildirir ki, iclasda assosiasiyanın inzibati binasında keçirilən tədbirdə komitə üzvü Qurban Qurbanovun qısa hesabatı dinlənilib. 

Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

1. Topaz Premyer Liqası klublarının əvəzedici  komandaları arasında keçirilən çempionat davam etdirilsin. 2018/2019-cu il mövsümündən etibarən əvəzedici komandanın oyunu əsas komandanın oyunundan 1 gün əvvəl keçirilsin.
 
2. Topaz Premyer Liqasında gənc futbolçularla bağlı limit aşağıdakı qaydada tətbiq olunsun:  1996-1997-ci il təvəllüdlü futbolçu start heyətinə, 1998-99-cu il təvəllüdlü futbolçu oyunun protokoluna daxil olunsun.
 
3. AFFA-nın baş katibliyi Birinci Divizionla bağlı İcraiyyə Komitəsinə yeni konsepsiya təqdim etsin.
 
4. AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının sədri Muxtar Babayevin istefası qəbul olunsun. 

5. AFFA-nın növbəti Konfransına qədər Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsi Ziya Babayevə həvalə olunsun.