8 nömrəli sanatoriya tipli internat məktəb bu təhsil ocağında 16 yaşlı qızın zorlanmaya məruz qalmasına dair KİV-də yayılmış məlumatlara münasibət bildirib.
"Report"a daxil olan açıqlamada bildirilib ki, hər iki yeniyetmə göstərilən internat məktəbinin şagirdi deyil, məktəbdən məzun olublar: "Məlumat üçün qeyd edək ki, 17 yaşlı qız anası onu sevdiyi oğlana vermədiyi halda, intihar edəcəyini deyib. Anası DİN-in 102 xidmətinə zəng vurduqdan sonra qız yalan danışdığını deyib. Bu zaman anası 102 xidmətinə yenidən zəng vurub və qızının ona yalan söylədiyini bildirib".
***
Bakıdakı internat məktəblərindən birində zorlanma baş verməsi iddiası ilə hüquq-mühafizə orqanlarına şikayət edilib.
"Report” xəbər verir ki, paytaxt sakini C.A. polisə müraciət edərək Xəzər rayonunda yerləşən 8 nömrəli Sanatoriya tipli internat məktəbində 16 yaşlı qızı - N.A.-nın döyüldüyünü və internatda yaşayan Ramin adlı şəxs tərəfindən zorlandığını bildirib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.